Joze Mourinyoya görə hakim ciddi problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edən Kadir Sağlam artıq 2 həftədir ki, heç bir oyuna təyinat almır.
Buna səbəb kimi hakimin derbidə Mourinyonun hərəkətlərini rəsmi şəkildə Türkiyə Futbol Federasiyasının diqqətinə çatdırması ehtimal edilir.