RU

“Mən də sionistəm” - Trüdo

Kanadanın Baş naziri Castin Trüdo Ottavada keçirilən Antisemitizmlə Mübarizə üzrə Milli Forumda çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir çıxışında 2023-cü il oktyabrın 7-dən etibarən antisemitizmin artdığını bildirib və özünün də sionist olduğunu açıqlayıb.

“Kanadada heç kim özünü sionist adlandırmaqdan qorxmasın. Mən də sionistəm. Antisemitizm təkcə yəhudi icması üçün deyil, bütün cəmiyyət üçün təhlükədir. Biz bu cür nifrət dolu çıxışlar və hərəkətlər qarşısında səssiz qalmayacağıq. Kanada müxtəlif inanc və mənşəli insanların birlikdə yaşadığı bir ölkədir. Bu dəyərləri qorumaq və gücləndirmək bizim borcumuzdur”.

Onun bu çıxışı Kanadanın yəhudi icması və insan haqları müdafiəçiləri tərəfindən müsbət qarşılanıb.

Избранный
72
1
qafqazinfo.az

2Источники