RU

Murat Dikmen: "hücumda zəif çıxış etdik"

"Təəssüf ki, ardıcıl ikinci oyunumuzda da məğlub olduq".

İdman.biz xəbər verir ki, bunu "Naxçıvan" baskerbol klubunun baş məşqçisi Murat Dikmen NTD ilə qarşılaşmasından sonra deyib.

O, Azərbaycan Basketbol Liqasının XVII turun78:85 hesablı məğlubiyyəti şərh edib: "Ötən matça nisbətən bu gün müdafiədə daha aqressiv idik. 3 xallıq atışlarda çox aşağı faiz dərəcəsi ilə çıxış etdik. Komandanın ən yaxşı üçlük atan oyunçuları bu görüşdə çox yaxşı çıxış etmədilər. Bu hala görə hücumda zəif çıxış etdik. Rəqibimiz də bunu yaxşı dəyərləndirdi və zona müdafiəsinə keçdi. Son periodda işimiz daha da çətinləşdi. Bir ara yaxşı reaksiya göstərərək 15 xal geridən gelməyi bacardıq. Hətta 5 xal önə də keçdik. Daha sonra rəqibimiz zona müdafiəsinə keçdi və biz də uğurlu hücumlar edə bilmədik".

Qeyd edək ki, "Naxçıvan" ötən turda “Neftçi”yə 70:114 hesabı ilə uduzub.

İdman.biz

Избранный
19
1
idman.biz

2Источники