TÜSİAD İdarə Heyətinin sədri Orxan Turan və Yüksək İstişarə Şurasının (YİK) sədri Mehmet Ömər Arif Aras haqqında "mətbuat və yayımla yanıltıcı məlumatları açıq şəkildə yaymaq" ittihamı ilə 5 il 3 aya qədər həbs tələbi ilə məhkəmə işi açılıb.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu, 13 fevralda keçirilən TÜSİAD ümumi yığıncağında Turan və Arasın "məhkəməyə təsir göstərmək və yönləndirmək" xarakterli ifadələr işlətdiyi iddiası ilə başladılan istintaqı tamamlayıb.
İddianamədə, hər iki şəxsin "zəncirvari şəkildə mətbuat və yayım yolu ilə yanıltıcı məlumatları yaymaq" cinayətindən 1 il 10 ay 15 gündən 5 il 6 ay 15 günə qədər həbs cəzası ilə cəzalandırılması tələb olunub.
Bundan əlavə, Turan və Aras haqqında "ədalətli mühakiməyə təsir etməyə cəhd" ittihamı ilə də istintaq aparıldığı bildirilib. \\Redaktor.Az