RU

Avroviziya təşkilatçıları “kant” sözünə qarşı - Maltadan rəsmi etiraz

Malta hökuməti Avropa Yayım Birliyinin (EBU) mahnıların sözlərindən söyüş ifadələrini çıxarmaq qərarına etiraz edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Malta Independent” nəşri məlumat yayıb.

Bir gün əvvəl Avropa Yayım Birliyi maltalı Miriana Kontenin mahnısında “kant” sözünü işlətməsini qadağan edib. Həmin sözə qadağa qoyulmasına səbəb kimi isə bu sözün ingiliscə "qadın cinsiyyət orqanı" anlamı verməsi göstərilib. Ancaq həmin söz Malta dilinə "oxumaq" deməkdir.

Maltanın mədəniyyət naziri Oven Bonnici Avropa Yayım Birliynin qərarını Malta dilinə qarşı bədii senzura və diskriminasiya aktı adlandırıb.

“Qadağa tamamilə əsassız və qeyri-mütənasibdir, bu, Malta dilinə senzuradır. Dilimizdəki “kant” sözü gözəl və müsbət sözdür, senzuraya layiq deyil”, - nazir bildirib.

Bonnicinin sözlərinə görə, Malta mahnı müsabiqəsindən çıxmaq niyyətində deyil, ancaq Avropa Yayım Birliyinin qərarına etiraz etmək üçün bir sıra addımlar atacaq.

Xatırladaq ki, “Avrovizion 2025” mayın 13-dən 17-dək İsveçrədə keçiriləcək.
Избранный
41
sherg.az

1Источники