"Naxçıvan"ın baş məşqçisi Murat Dikmen NTD-yə qarşı Azərbaycan Basketbol Liqasının 17-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında NTD-yə məğlubiyyətə görə üzgün olduqlarını bildirib:


"Təəssüf ki, ardıcıl ikinci oyunumuzda da məğlub olduq. Ötən matça nisbətən bu gün müdafiədə daha aqressiv idik. 3 xallıq atışlarda çox aşağı faiz dərəcəsi ilə çıxış etdik. Komandanın ən yaxşı üçlük atan oyunçuları bu görüşdə çox yaxşı çıxış etmədilər. Bu hala görə hücumda zəif çıxış etdik. Rəqibimiz də bunu yaxşı dəyərləndirdi və zona müdafiəsinə keçdi. Son periodda işimiz daha da çətinləşdi. Bir ara yaxşı reaksiya göstərərək 15 xal geridən gelməyi bacardıq. Hətta 5 xal önə də keçdik. Daha sonra rəqibimiz zona müdafiəsinə keçdi və biz də uğurlu hücumlar edə bilmədik".


NTD - "Naxçıvan" qarşılaşması ikincilərin 78:85 hesablı məğlubiyyəti ilə yekunlaşıb.