RU

Tramp: Növbəti böyük beynəlxalq məsələ İran olacaq

Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq.

Bakşvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur", - o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”

Избранный
45
7
bakivaxti.az

8Источники