ABŞ yaxın vaxtlarda Kanadadan idxal olunan bir neçə mala cavab rüsumları tətbiq etmək niyyətindədir...
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Kanadalılarla iş çox çətindir. Ottavanın ABŞ-nin süd məhsullarına tarifi 250% təşkil edir. Onlar bizə Kanadaya ağac və ya süd məhsulları göndərməyə imkan verməyəcəklər", - o bildirib.
"Bu, artıq baş verməyəcək. Onlar məhsullarının ABŞ-a göndərilməsinə görə eyni tariflə üzləşəcəklər. Biz bunu bu gün edə bilərik. Ya da bazar ertəsinə və ya çərşənbə axşamına qədər gözləyə bilərik. Lakin biz eyni şeyi edəcəyik: eyni tarifi tətbiq edəcəyik", - Tramp vurğulayıb.
Daha əvvəl Tramp qeyd edib ki, ABŞ bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək.
Poliqon.info