RU

Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu keçirilib - FOTO

Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumunun ikinci günündə iştirakçılar üçün təlim təşkil olunub.

İdman.biz xəbər verir ki, tədbir Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Təlimdə iştirakçılar “Könüllülüyün idmanın dayanıqlı inkişafında rolu”, “İdmanda könüllülük: Gələcəyin formalaşdırılması” mövzularında müzakirələr aparıb, könüllülüklə bağlı intellektual oyunlarda iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Şəki Xan sarayını, Karvansaray və Kiş Alban məbədi kimi dünya əhəmiyyətli tarixi və memarlıq abidələrini ziyarət edib, həmin yerlərin zəngin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar əldə ediblər.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

İdman.biz

Избранный
34
idman.biz

1Источники