RU

Qalmaqallı klinikanın lisenziyası ilə bağlı vəkildən AÇIQLAMA

“Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir”.

Bunu Oxu.Az-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Kənan Səfərzadə Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Estetik” klinikasında yoxlamaların keçirilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziya şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslanılmış təqdimat göndərir.

Vəkil həmçinin qeyd edib ki, həmin Qanunun 6.3.4-cü maddəsinə əsasən, bu Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə lisenziya verən orqan verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziya barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən üç iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir:

“Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir. Lisenziyanın sahibi tərəfindən şərtlər yerinə yetirmədikdə və ya digər neqativ hallar olduqda, lisenziya verən tərəfindən lisenziya müəyyən müddətə dayandırıla bilər”.

Vəkil onu da əlavə edib ki, həmin dayandırılma müddəti ərzində lisenziya sahibi tərəfindən bu fəaliyyətlə yenidən məşğul olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinin tələbləri pozulmuş olur:

“Belə ki, 210-cu maddəyə əsasən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmaq inzibati məsuliyyətə səbəb olur. Belə olan halda fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manat məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 30 000 manat məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır”.

Избранный
45
1
dergi.az

2Источники