RU

Ceyhun Bayramov İƏT-in Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxış edib (FOTO)

Bakı. Trend:

7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzarsəfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xariciİşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxışedib.

XİN-dən Trend-ə bildirilibki, nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütünİslam dünyasına ən xoş arzularını çatdırıb.

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsızinsanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qidavə su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərinölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və buvəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımlarınatılmasının vacibliyi qeyd edilib.

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyüvə güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalıolduğu diqqətə çatdırılıb.

Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbətqiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdəatəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardançəkinilməsinin vacibliyi vurğulanıb.

Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstinxalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesininbaşlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipiəsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinidəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitaryardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-inməsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraqhər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğudiqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə,eskalasiyanın başladığı 2023-cü ildən etibarən AzərbaycanınFələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsiməqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyibildirilib.

Ölkəmizin, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsindədəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illərüzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına BeynəlxalqTəhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətəçatdırılıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı ölkəmizin Qəzzanın bərpasıvə yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planıdəstəklədiyini vurğulayıb.

Nazir çıxışı zamanı, bugünkü iclasda Suriyanın İƏT-də üzvlüyününbərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb.

Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədədavamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadəolunub.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Избранный
34
5
az.trend.az

3Источники