RU

Donetsk BOMBALANDI: 11 dinc sakin ölüb

Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu haqda məlumat Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında deyilir.

"Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
3
olaylar.az

5Источники