RU

Ermənistanda bu gün ikinci zəlzələ baş verdi

Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.
Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Böyük Qarakilsə (Vanadzor) şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.
***
Martın 8-də yerli vaxtla saat 10:31-də Ermənistanın Spitak şəhərindən 9 km şimalda, maqnitudası 3,2, dərinliyi 10 km olan zəlzələ baş verib.
Erməni mediasının məlumatına görə, episentr zonasında zəlzələnin gücü 4 bal olub.
Zəlzələ Lori vilayətində 2-3 bal gücündə hiss olunub.
Избранный
35
8
bolge.tv

10Источники