RU

Sumqayıtda bir nəfərin 95 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95 min manatını etibarından sui-istifadə etmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 
 

Избранный
7
16
7news.az

10Источники