"Neftçi" üzərindəki qələbədən sonra "Kəpəz"in rəsmi sosial şəbəkə hesabında maraqlı bir paylaşım edildi.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi Kəpəz dağının fonunda üzərində "Neftçi" bayrağı Bakıya yol alan bir qatar şəkli paylaşdı, altından da "Növbəti stansiya Bakı" yazdı.

Lakin az sonra həmin paylaşım silindi. Məsələ ilə bağlı "Kəpəz" klubu ilə əlaqə saxlasaq da, klub bu məsələyə münasibət bildirməkdən imtina etdi. Ortaya sual çıxır: "Kəpəz" bu paylaşımı niyə etmişdi və niyə sildi? Güman ki, göstəriş yuxarıdan gəlib. Deyilənə görə, "Kəpəz"in yeni sponsoru da SOCAR-a bağlı şirkıətdi. Məlum məsələdir ki, bu şirkət həmçinin də "Neftçi"nin əsas sponsorudur. Görünür bu üzdən də paylaşım yuxarının xoşuna gəlməyib və sildirilib.