RU

Ağcabədidə avtomobil daş hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağcabədidə VAZ markalı minik maşını idarəetməni itirərək daş hasara çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Hindarx qəsəbəsində qeydə alınan hadisə minik maşının sürücüsü, 1993-cü il təvəllüdlü Tağıyev Səddam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Mənbə: bizim.media

Избранный
14
bizim.media

1Источники