RU

“Anamdan gözəl qadın yox idi bu dünyada...”

Xalq artisti Mehriban Zəki anasını dərin sevgi və ehtiramla yad edib.

OLAY yazır ki, o, anasının həyatında ən böyük qadın olduğunu vurğulayaraq, onun yoxluğunun dərin izlər buraxdığını bildirib:  

“Anamdan gözəl qadın yox idi bu dünyada, anamdan yaxın dostum, sirdaşım yox idi. Bütün pis və yaxşı cəhətlərimlə anamdan çox sevənim yox idi. Anamdan böyük qadın yox idi bu dünyada. İndi nə qədər çağırsam da, daha “Ay can, Mehi” demir... Demək istədiyim odur ki, hər bir insanın həyatında bir böyük qadın var. O anadır”.

Qeyd edək ki, sənətçinin anası 3 il öncə vəfat edib.

Избранный
32
3
olay.az

4Источники