RU

Nazirə hücum edildi: Burnu sındı - Foto

Serbiyanın Novi-Sad şəhərindəki etirazlar fonunda ölkənin mədəniyyət naziri Nikol Selakoviçə hücum edilib, nəticədə onun burnu sınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç İnstaqram hesabında məlumat paylaşıb.

"Onlar həmçinin nazir Selakoviçə bu gün axşam hücum ediblər və düşünürlər ki, problemi həll ediblər. Onlar, sadəcə olaraq, bu ölkədə demokratiya haqqında nə düşündüklərini və onlardan fərqli düşünən insanlara necə yanaşacaqlarını bir daha göstərdilər" , - deyə o yazıb.

Xatırladaq ki, martın 7-də Novi-Sadda tələbələr etiraz yürüşü keçiriblər, xeyli sayda vətəndaş onlara qoşulub.

2024-cü il noyabrın 1-də dəmiryol vağzalında talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə etirazlar uzun müddətdir davam edir./Axar.az


Telegram kanalımız
Избранный
18
4
yenisabah.az

3Источники