RU

“Trampın Rusiyaya sanksiya hədəsi boşdur” – Bolton

Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton hesab edir ki, indiki ABŞ Prezidentinin Rusiyaya qarşı sanksiyalarla bağlı hədələri boşdur.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Boltonun fikrincə, Ağ Ev rəhbəri bu yolla guya Ukrayna və Rusiya Federasiyasına münasibətdə yalançı “balans” görüntüsü yaratmağa çalışır.

CNN telekanalına danışan Boltonun sözlərinə görə, həm Trampın özü, həm də Vladimir Putin çox yaxşı başa düşürlər ki, Amerika Prezidentinin Rusiya Federasiyasına qarşı sanksiyalar və tariflər tətbiq etmək hədələri “tamamilə boşdur”: “O(Tramp), bunu Zelenski və ukraynalılar haqqında söylədiyi fikirlər baxımından balans göstərmək cəhdi kimi edib”.

Bolton Trampın təhdidlərini təhlil edərkən qeyd edib ki, 2024-cü ildə Rusiyanın ABŞ-yə idxalı cəmi 3 milyard dollardan bir qədər az olub. Bu da ABŞ və dünya ölkələri arasında ticarətin həcmi ilə müqayisədə əhəmiyyətsiz rəqəmdir. O vurğulayıb ki, tammiqyaslı işğal zamanı Rusiyanın ABŞ-yə idxalının həcmi 90% azalıb: “Beləliklə, tariflərin heç bir mənası yoxdur”.

Potensial yeni sanksiyalara gəlincə, Bolton qeyd edib ki, Rusiya məhdudiyyətlərdən, xüsusən də maliyyə məhdudiyyətlərindən yan keçməyi uğurla öyrənib: “Düşünürəm ki, Putin bu təhlükənin tamamilə boş olduğunu çox yaxşı başa düşür”.

Martın 7-də Tramp deyib ki, o, Rusiyanın Ukraynaya davam edən işğalına görə ona qarşı genişmiqyaslı sanksiyalar və tariflər tətbiq etməyi düşünür. Eyni zamanda, əlavə edib ki, müharibənin həlli məsələsində onun üçün Ukraynadansa Rusiya ilə anlaşmaq daha asandır.

“AzPolitika”

Избранный
34
7times.az

1Источники