RU

Zelenski: Rusiyanın Dobropillyaya endirdiyi hava zərbəsi nəticəsində 11 nəfər ölüb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Dobropilya şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 11 nəfərin öldüyünü açıqlayıb.

 Rusiya ordusunun gecə saatlarında Ukraynanın Donetsk vilayətindəki Dobropillya bölgəsinə hava hücumu təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hedabında etdiyi açıqlamada bidlirib.

Əldə olan məlumata görə, hücum nəticəsində 11 nəfər ölüb, 5-i uşaq olmaqla 30-dan çox adam yaralanıb, Zelenski əlavə edib ki, şəhər mərkəzində bir inzibati bina və 8 yaşayış binası zərər görüb.

Rusların iki ballistik raketlə şəhər mərkəzinə hücum etdiyini qeyd edən Zelenski, "Bu cür hücumlar Rusiyanın hədəflərinin dəyişmədiyini göstərir" deyə bildirib.

Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov da sosial media hesabında rusların bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.

Sinequbov bildirib ki, Xarkov vilayətinin Boqoduxiv şəhərinə hücum zamanı 3 nəfər həlak olub.

Избранный
34
operativmedia.az

1Источники