RU

Ermənistanın militarizasiyası, Aİ-də daimi hərbi attaşe postunun yaradılması Azərbaycana qarşı yönəlmiş siyasətin elementləridir – ŞƏRH

Bakı. Trend:

Ermənistan hakimiyyəti son addımları ilə Qərbin əlində alətolduğunu bir daha təsdiqləyir. Hazırda Avropa İttifaqı bu ölkəüzərindən Cənubi Qafqaz regionunda öz planlarını reallaşdırmağaçalışır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, Avropa İttifaqı Ermənistana AvropaSülh Fondundan daha 10 milyon avro ayırmağı nəzərdə tutur. ArtıqAİ-nin ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdimedib:

“Bu vəsaitin Ermənistanın “müdafiəsini gücləndirilməsi” üçünistifadə olunacağı bildirilir. Məlumdur ki, Ermənistan sonillərədək Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib.İndi isə Paşinyan hökuməti öz davranışı ilə Qərbin əlaltısınaçevrilir. Ermənistan hakimiyyəti Qərbin diqtəsi ilə Rusiyadanuzaqlaşmaq siyasətini davam etdirir. Ermənistanın hazırkı addımlarıbütün region dövlətlərinin maraqlarına ziddir. Belə bir şəraitdəAİ-nin Ermənistana növbəti hərbi yardım ayırmasıqəbulolunmazdır".

S.Fətəliyevanın sözlərinə görə, Ermənistanın bu kimi addımlarısülh prosesinə də zərbə vurur:

“Aİ və xüsusən Fransa 44 günlük müharibədən sonra regiondayaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın nüfuzunun əsaslıartmasından çox narahatdır. Ermənistanın silahlandırılması daburadan qaynaqlanır. Halbuki, beynəlxalq təcrübə göstərir ki,işğalçı ölkə hərbsizləşdirilməlidir. İkinci Dünya Müharibəsindənsonra işğalçı Almaniya və Yaponiyanın tərksilah edilməsi bunanümunədir. Ermənistan da 30 il ərzində Azərbaycan torpaqlarınıişğal altında saxlayıb. Azərbaycan öz gücünə Ermənistanı məğlubedərək torpaqlarını azad etdi. Lakin Aİ hazırkı addımı ilə işğalçıölkə olmuş Ermənistanı gücləndirməyə çalışır. Digər tərəfdən,Qafqaz regionunda Gürcüstanda və Azərbaycanda mövqelərini itirmişAİ bunu Ermənistanla kompensasiya etməyə cəhd göstərir”.

Parlamentari qeyd edib ki, Ermənistanın Aİ tərəfindənsilahlandırılması sülh gündəliyinə xidmət etmir və alınan bütünyeni silahların şərti sərhəddə yaxın bölgədə yerləşdirilməsilegitim hədəf olmasına gətirib çıxaracaq.

“Bundan əlavə, Ermənistan özünün Aİ nümayəndəliyində daimi hərbiattaşe vəzifəsini yaradıb. Bu isə onu göstərir ki, Ermənistanın Aİilə hərbi sahədə əməkdaşlığı yeni sistematik mərhələyə çıxıb.Ermənistanın militarizasiyası, Brüsseldə daimi hərbi attaşepostunun yaradılması və Aİ müşahidə missiyasının fəaliyyətininuzadılması Azərbaycana qarşı yönəlmiş siyasətin ayrı-ayrıelementləridir. Bütün bunlar regionumuzda sülhü və sabitliyi təhdidedir. Ona görə də həm Aİ, həm də Ermənistan bu təhlükəli planlardançəkinməlidir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Zaur Şükürov isəTrend-əaçıqlamasında bildirib ki, əsasən xarci auditoriyaya özünü “sülhgöyərçini” kimi təqdim etməyə çalışan Ermənistan əslində hərbipotensialını artırmaq üçün hər vəchlə bütün imkanlardanyararlanmağa çalışır:

“Fransa kimi ölkələr son illər sərgilədiyi qərəzli addımları iləregionumuzda təhlükəsizliyin təmin olunmasına öz maraqları naminəmane olmaqda davam edirlər. Azərbaycanın beynəlxalq hüququnhamılıqla qəbul edilmiş prinsipləri əsasında ərazi bütövlüyünü vəsuverenliyini bərpa etməsi bu kimi dövlətlərin, həmçinin Avropaİttifaqı, Avropa Şurası və digər təşkilatların həqiqi niyyətləriniüzə çıxardı. Erməni cinayətlərinə davamlı olaraq göz yuman buqüvvələr, Ermənistanı təxribatçı əməllərdən çəkindirmək əvəzinə, buölkədəki revanşistlərin baş qaldırmasına rəvac verirlər.

Avropa Sülh Fondunun sülhü müdafiə etmək əvəzinə Ermənistanavəsait ayrılması barədə qərar qəbul etməsi, Ermənistanın Avropaİttifaqı yanında diplomatik missiyasında hərbi attaşe təyinedilməsini qərarlaşdırması Aİ ilə Ermənistan arasında hərbiəməkdaşlığın gələcəkdə genişləndiriləcəyi ehtimalını artırır ki, buda öz növbəsində narahatçılıq üçün əsas verir”.

Millət vəkili əlavə edib ki, Ermənistan regionda sülhün vəsabitləyin təmin edilməsi üçün öz riyakar əməllərindən əlçəkməlidir.

“Bu kimi qüvvələr nəhayət anlamalıdırlar ki, öz tarixitorpaqlarını Vətən müharibəsi və antiterror tədbirləri nəticəsindəazad edərək erməni separatizminə, terrorçuluğa son qoyan Azərbaycanistənilən təhdidlərə qarşı hər zaman layiqli cavab verməyəhazırdır. Ermənistan regionda sülhün və sabitliyin təmin edilməsiüçün Azərbaycanla həqiqi və dayanıqlı sülh sazişinin imzalanmasıüçün konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizəqarşı ərazi iddilarını aradan qaldırmalıdır. Əks halda, bu dövlətyenə də təcrid olunmuş halda qalaraq, digər qüvvələrin maraqlarınaxidmət edən bir vasitə rolunu oynayacaq və hətta öz dövlətçiliyiniitirmək təhlükəsi ilə üzləşəcək”, - Z.Şükürov qeyd edib.

Избранный
10
az.trend.az

1Источники