RU

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda lider “Qarabağ” səfərdə əsas izləyicilərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşacaq. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq oyunu Kamal Umudlu idarə edəcək. Ağdam klubu hazırda 60 xalla vahid liderdirsə, Naxçıvan təmsilçisi 46 xalla üçüncüdür.

Bu, sözügedən komandaların milli çempionatdakı 11-ci görüşü olacaq. Əvvəlki 10 oyunda “Araz-Naxçıvan” 3, “Qarabağ” 6 qələbə qazanıb, qalan bir görüşdə heç-heçə qeydə alınıb. “Qarabağ” bu rəqibinə bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında hər iki komanda qol sevinci yaşayıb.

Premyer Liqa
26-cı tur
8 mart

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

9 mart

“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

10 mart

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Neftçi Arena”, 19:30

Избранный
19
2
arena.az

3Источники