RU

Yeni dövlət standartları

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Standartlaşdırma İnstitutu “Standartlaşdırma haqqında” qanuna və qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən 29 yeni dövlət standartı qəbul edib.

Həmin standartlar müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, istehsal proseslərinin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Azərbaycan Standartlaşdırma İnstitutunun yaydığı məlumata əsasən, yeni dövlət standartlarının 12-si qida texnologiyası və kənd təsərrüfatı, 5-i neft-qaz və əlaqəli texnologiyalar, 4-ü informasiya, telekommunikasiya və elektrotexnika, 3-ü tikinti materialları, 3-ü nəqliyyat və 2-si ətraf mühit sahələrinə aiddir.

Eyni zamanda, ilin ilk 2 ayında 22 dövlət standartı dövri yoxlamadan keçirilib və onlara dəyişiklik edilib. Bunlar, əsasən qida məhsulları, sənaye yağları, nəqliyyat vasitələri və suyun keyfiyyəti ilə bağlı standartları əhatə edir.

Bununla yanaşı, hesabat dövründə 19 dövlət standartı ləğv edilib. Onların arasında sənaye yağları, nəqliyyat vasitələrinin emissiya standartları, pambıq mahlıcının texniki tələbləri və müxtəlif qida məhsulları ilə bağlı standartlar yer alır. Cari ilin yanvar-fevral aylarında sahibkarların sifarişi əsasında hazırlanmış 30 texniki şərt ekspertizadan keçərək dövlət qeydiyyatına alınıb.

 

Избранный
26
xalqqazeti.az

1Источники