“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XVII turunda "Quba"ya qalib gəldikləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə danışıb:
“"Rəqibi daha əvvəl 3 dəfə məğlub etsək də, bu dəfə bizə qarşı ən yaxşı oyunlarını keçirdilər. Çətinlik çəkməyimizin əsas səbəbi hücum performansı ilə bağlıdır. Müdafiədən nə qədər razı qalsam da, hücumumuz bərbad idi. Faul atışlarımızın 40 faizindən, "3-lük" atışlarımızın 20 faizindən istifadə edə bildik. Biz bu gün müdafiənin hesabına qalib gəldik. Tomi Lyuk bu dəfə xal qazanmadı? Ötən dəfə dediyim kimi, ona bir az vaxt lazımdır. Bu, 2 həftə çəkəcək. Bugünkü matç çətin keçdiyi üçün az şans əldə etdi. Ancaq NTD ilə kubok matçında daha çox şans qazanacaq. Bir gün Şəkidə qalıb, yenidən Bakıya qayıdacağıq. Açıq danışsam, Kubok mənim üçün vacib deyil. Ona görə də NTD ilə matçdan sonra çempionatda oynayacağımız "Sumqayıt"la qarşılaşmanı daha ciddiyə alıram. NTD ilə matça oyunçuların formada qalması və əylənmək baxımından çıxacağıq. Çünki qalib gəlsək belə, növbəti rəqibimiz "Sabah" və ya "Neftçi" olacaq. Ona gərə də kubok matçına daha çox məşq gözü ilə baxırıq".
Qeyd edək ki, "Quba" - "Şəki" qarşılaşması qonaqların 66:63 hesablı qələbəsi ilə bitib.