RU

Cənubi Koreyanın impiçment elan edilmiş prezidenti sərbəst buraxılıb

Cənubi Koreyanın impiçment elan edilmiş prezident Yoon Suk Yeol Seul təcridxanasından sərbəst buraxılıb...

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bundan bir qədər əvvəl prokurorluq Cənubi Koreyanın impiçment edilmiş prezidentinin həbsdən azad edilməsi barədə qərar vermişdi.

Qeyd edək ki, Yeol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq yanvar ayında həbs edilib. Ona qarşı ittiham irəli sürülüb.

Poliqon.info

Избранный
39
11
poliqon.info

10Источники