Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin müəlliməsi Səlbi xanım Rzayevanı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Məmmədovlar ailəsi adından təbrik edirik: “Əziz və sevimli Səlbi müəllimə, ibtidai siniflərdə şagirdiniz olmuş nəvəmiz Züleyxa Məmmədova bu gün artıq başqa məktəbdə öz təhsilini davam etdirir. Bununla belə, Sizin adınız evimizdə hər zaman böyük hörmət və səmimi ehtiramla çəkilir, nəvəmizin ibtidai siniflərdə oxuduğu dövrlə bağlı xatırladığımız ən xoş, ən sevincli məqamlarda Sizin iştirakınız mütləq şəkildə qeyd olunur. Çox dəyər verdiyimiz Səlbi xanım, Sizi bütün ailəmiz adından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Sizə uzun ömür, can sağlığı və dünyanın ən çətin və ən şərəfli peşəsi olan müəllimlik işinizdə yeni-yeni nailiyyətlər diləyirik! Arzu edirik ki, həyatınız hər zaman sevincli və uğurlu günlərlə zəngin olsun!”