Məhkəmə ekspertləri fevralın 26-da ölü tapılan amerikalı aktyor Gen Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın ölümünün dəqiq səbəbini açıqlayıblar.
Referans.az xəbər verir ki, “The New York Times“ın məlumatına görə, cütlük bir-birindən bir həftə sonra dünyasını dəyişib. Betsi birinci vəfat edib. Onun fevralın 11-də vəfat etdiyi güman edilir. Məhz o zaman pianoçu sonuncu dəfə ictimaiyyət qarşısında görünüb.
Arakovanın meyiti hamamda tapılıb. Qeyd edilir ki, onun ölümünə gəmiricilərin nəcisləri ilə yayılan hantavirus xəstəliyi olub.
Bu arada, Gen Hekman həyat yoldaşının ölümündən bir həftə sonra, yəni fevralın 18-də kardiostimulyator işləməyi dayandıranda Alzheimer xəstəliyindən ölüb. Xəstəliyi səbəbindən aktyor özünə baxa bilməyib. Onun susuz qaldığı aşkarlanmasa da, yemək yemədiyi qeyd edilir. Həmçinin, Alzheimer xəstəliyinə görə sənətçinin həyat yoldaşının ölümündən xəbəri olmayıb.
Xatırladaq ki, əvvəllər məhkəmə-tibb ekspertləri Gen Hakman və onun həyat yoldaşının ölümü ilə bağlı fərqli iddialar irəli sürüblər. Qeyd olunub ki, aktyor guya xəstələnib, Betsi tələsik dərman axtararkən təsadüfən vanna otağında yıxılıb və başından xəsarət alıb. Pianoçunun cəsədinin yanında səpələnmiş dərmanlar tapıldığı üçün ilkin olaraq buna inanılıb./Lent.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта