RU

Trampa yeni vəzifə verildi 

  ABŞ-nin Prezidenti Donald Tramp dünya çempionatının təşkilat komitəsinin rəhbəri olub.

Referans.az oxu.az-a istinadən xəbər verir ki, o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək.

Tramp bu turnirin əhəmiyyətini qeyd edib: "Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir".

FIFA prezidenti Canni İnfantino ABŞ prezidentinin təşkilat komitəsinə rəhbər keçməsinə biganə qalmayıb. O, prezidentə xüsusi hazırlanmış top bağışlayıb.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.

Избранный
28
2
referans.az

3Источники