RU

Avropa Şirkətləri Starlink-in Bağlanması Halında Ukraynaya Dəstək Göstərmək İstəyir

BAKI,TurkicWorld

Dörd Avropa peyk rabitə operatoru, ABŞ-ın Starlink sisteminin bağlanması halında Ukraynaya yardım göstərmək imkanlarını nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, Lüksemburqun SES, Böyük Britaniyanın Inmarsat (ABŞ-ın Viasat şirkətinə məxsusdur), İspaniyanın Hisdesat və Fransanın Eutelsat/OneWeb şirkətləri öz hökumətləri ilə bu məsələni müzakirə edir.

Bununla belə, Starlink-in Ukraynada 40 min terminal vasitəsilə işlədiyini nəzərə alsaq, onu tam əvəz etmək olduqca çətin olacaq.

Hisdesat şirkətinin rəhbəri Migel Anxel Qarsiya Primo bildirib ki, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Avropa İttifaqının alternativ sistem təmin edib-etməyəcəyi ilə bağlı müzakirələr dərhal başlayıb.

Bundan əvvəl məlumat verilmişdi ki, Starlink peyk internetinin bağlanması Ukrayna Silahlı Qüvvələrinin yarısının rabitəsiz qalmasına səbəb ola bilər.

Fransanın Eutelsat şirkəti isə Starlink-in əvəzlənməsinə hazır olduğunu açıqlayıb.

Избранный
8
turkic.world

1Источники