Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin fevral ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 74 milyon 338 min 91 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Misirə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq,79 milyon 128 min 26 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 18,9 faiz artaraq, 126 milyon 328 min 25 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 30 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib.