RU

Ucuz qiymətə maşınlar satılır- HƏRRAC

Naxçıvanda ləğv olunmuş qurum və şöbələrin avtomobilləri satışa çıxarılır.

AzPost-un məlumatına görə, bundan əlavə, ali təhsil müəssisəsinə məxsus maşın da hərraca qoyulur.

Belə ki, Naxçıvan Dövlət Universitetinə aid “QAZ 2705” markalı avtomobilin satış qiyməti 3900 manatdan başlayır.

Babək, Kəngərli, Ordubad rayon baytarlıq şöbələrinə məxsus “QAZ 3307”, Şahbuz şöbəsinin isə həm adıçəkilən nəqliyyat vasitəsi, həm də “VAZ 21213” markalı avtomobili hərraca qoyulub.

Həmçinin “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus maşın da (QAZ 33021) start qiyməti 3600 manatdan başlayaraq satışa çıxarılıb.

Babək Rayon Baytarlıq İdarəsinin “VAZ 21214” markalı avtomobili isə 3420 manata hərrəca qoyulub.

Qeyd edək ki, sözügedən qurumlar və şöbələr ləğv olunub.

Избранный
28
azpost.info

1Источники