RU

Tramp Mask ilə mübahisə etdi

ABŞ dövlət katibi Marko Rubio və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask mübahisə ediblər. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, mübahisə Nazirlər Kabinetinin iclasında baş verib. Mask Rubionu işçilərini ixtisar etməməkdə günahlandırıb, Rubio isə buna cavab olaraq milyarderin yalan danışdığını bildirib.

Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib.

Qəzet qeyd edilir ki, iclasda nəqliyyat naziri Şon Daffi də olub. Mask Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib.

Избранный
51
50
sia.az

10Источники