Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Daequ” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib. Görüşün iştirakçısı olan Anton 90 dəqiqə mübarizə aparıb. 26 yaşlı müdafiəçisi matçın sonuncu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Hazırda 9 xalı olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.