RU

Coşqun Diniyevin aldığı təzminat məbləği bəlli oldu

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev daha əvvəl çıxış etdiyi Türkiyənin "Ümraniyəspor" klubundan təzminat alıb.

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 47 min 453 avro alıb. I Liqa təmsilçisi ödənilməmiş mükafatı qaldığı üçün bu məbləği ona verməyə məcbur olub.

Qeyd edək ki, Coşqun Diniyev 2023/2024 mövsümündə "Ümraniyəspor"un uğurları üçün çalışıb. 2024-cü ilin yayında "Bandırmaspor"a keçən oyunçu 2025-ci ilin fevralında isə "Çorum"la müqavilə imzalayıb.

Milli.Az

Избранный
24
milli.az

1Источники