RU

Almaniyada baş vermiş ağır qəzada 13 nəfər yaralanıb

Almaniyanın Şlezviq-Holştayn federal torpağında dörd avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 13 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Tıxacda avtomobillərin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb", – məlumatda bildirilib. 

Yaralananlardan doqquzu xəstəxanaya yerləşdirilib. 

Onların durumu açıqlanmayıb.

Избранный
9
4
ikisahil.az

5Источники