RU

"Qarabağ"ın oyununda dava düşdü - VİDEO

  Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan”- “Qarabağ” oyununda qalmaqal baş verib.

Referans.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan oyunun 83-cü dəqiqəsində "Araz-Naxçıvan"lı Felippe Santos topu itirdikdən sonra "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin üzünə yumruq vurub.

Daha sonra "Qarabağ"ın futbolçuları Marko Yankoviç və Musa Qurbanlı Cəfərquliyevi müdafiə etmək üçün Santosun üzərinə hücum çəkərkən insident böyüyüb.

Kamal Umudlu kobud davranışına görə Santosa qırmızı vərəqə göstərərək meydandan qovub.
Qeyd edək ki, oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb - 3:1.


Избранный
37
1
referans.az

2Источники