RU

Suriya ordusu Həmaya yerləşdirildi

Suriya ordusunun bölmələri Həma vilayətinin cənub-qərbindəki Vadi əl-Uyun şəhərinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq.

Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.

Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedir.

Sahilyanı ərazilərə gedən yollar bağlanıb, əyalətdə komendant saatı elan edilib./axar.az

Избранный
13
2
bakivaxti.az

3Источники