RU

Şumaxer 2026-cı ildə "Formula 1"ə qayıtmağı planlaşdırır

Keçmiş Formula 1 pilotu Mik Şumaxer çempionata mümkün qayıdışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RacingNews365" onun sözlərini belə çatdırıb:

"Müxtəlif müsahibələrimdə dediyim kimi, Formula 1 üçün lazım olan hər şeyə sahib olduğumu hiss edirəm. Qarşıda uzun bir il var və məqsədim 2026-cı ildə qayıtmaqdır. Nə baş verəcəyini görəcəyik. "Cadillac"? Bu mərhələdə hər bir variant mümkündür"

Formula 1-də alman Amerikanın "Haas" komandası üçün mübarizə aparıb. Şumaxer hazırda Dözümlülük üzrə Dünya Çempionatında (WEC) mübarizə aparır.

Избранный
25
90deqiqe.az

1Источники