RU

Avropa ölkələri ərəb dövlətlərinin Qəzzanın bərpası təşəbbüsünü dəstəkləyir

Bakı. Trend:

İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlərnazirləri ərəb ölkələrinin Qəzzanın bərpası və yenidən qurulmasıtəşəbbüsünü alqışlayıblar.

Trend xəbər verirki, bu barədə İtaliya Xarici İşlər və Beynəlxalq ƏməkdaşlıqNazirliyi məlumat yayıb.

Dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında qeydolunub ki, sözügedən plan Qəzzanın yenidən qurulması üçün real yoltəqdim edir və həyata keçirildiyi təqdirdə bölgədə yaşayanfələstinlilərin çətin həyat şəraitinin sürətli və davamlı şəkildəyaxşılaşmasına töhfə verəcək. Bildirilib ki, bərpa və yenidənqurmasəyləri uzunmüddətli sülh və təhlükəsizliyi təmin edəcək siyasi vətəhlükəsizlik çərçivəsinə əsaslanmalıdır.

Nazirlər vurğulayıblar ki, HƏMAS artıq Qəzzanı idarə etməməli vəİsrail üçün təhlükə yaratmamalıdır. Onlar Fələstin Muxtariyyətininbu prosesdə mərkəzi rolunu və islahat gündəliyinin həyatakeçirilməsini açıq şəkildə dəstəklədiklərini bildiriblər.

Bəyanatda, həmçinin ərəb dövlətlərinin bu bərpa və yenidənqurmaplanına verdiyi töhfənin əhəmiyyətinin yüksək qiymətləndirildiyivurğulanıb. “Təhlükəsizlik və idarəetmə məsələlərinin birgə həlliüçün ərəb, fələstinli və israilli tərəfdaşlarla işləməyə sadiqik.Bütün tərəfləri bu planın mahiyyəti üzərində işləməyə çağırırıq”, –deyə bəyanatda qeyd olunub.

Избранный
23
az.trend.az

1Источники