Xalq artisti Aygün Kazımova həmkarları Tünzalə Ağayeva və Röya Ayxanla bağlı açıqlaması ilə diqqət çəkib.
Pop kraliçaya "Tarixin bir günü" verilişində aparıcılar suallar ünvanlayıb.
Aparıcı Vüsalə Əlizadənin "Şou-biznes məktəbinin direkotru olan Aygün Kazımova kimi özünə müavin seçərdi, kimi işdən çıxardardı" sualına Kazımova belə cavab verib:
"Həyat özü məktəb, universitetdir. Hamımız imtahan veririk. Özümə iki yardımçı seçməliyəm: Röya və Tünzaləni köməkçi seçərdim. Güvəndiyim müavinlər onlar olardı. Hər ay kimi dələduzluq edərsə, onu qovardım. Gərək kimsə səhv etsin ki, onu sinifdə saxlayaq" (Axşam.az)