RU

"Araz-Naxçıvan" - "Qarabağ" oyununda dava:FUTBOLÇULAR ƏLBƏYAXA OLDULAR

Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" və "Qarabağ" komandaları arasındakı qarşılaşmada (1:3) gərginlik yaşanıb.

 

Oxu.az-ın məlumatına görə, insident oyunun 81-ci dəqiqəsində meydana çıxıb. "Qarabağ"ın oyunçusu Yassin Benzia ilə "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos arasında baş verən mübahisə qısa müddətdə böyüyüb və bir neçə digər futbolçu da davaya qoşulub.

 

Felipe Santos "Qarabağ"ın hücumçusu Musa Qurbanlının boyun nahiyəsindən tutaraq onu yerə yıxıb. Bu hərəkət Musa Qurbanlını əsəbiləşdirib və o, cavab vermək istəyib, lakin vəziyyət çətinliklə də olsa, nəzarət altına alınıb.

 

Nəticədə, matçda təxminən 4 dəqiqəlik fasilə yaranıb. Hakim Felipe Santosu meydançadan qovub və qarşılaşma zamanı "Qarabağ"dan 3, "Araz-Naxçıvan"dan isə 1 futbolçuya sarı vərəqə göstərib.

 

Həmin anların görüntülərini təqdim edirik:


Избранный
57
2
senzor.az

7Источники