İmişli rayonunda bədbəxt hadisə baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Bir ailənin üç üzvü - 1999-cu il təvəllüdlü Azadova Mehriban İdris qızı, onun övladları - 2021-ci təvəllüdlü Azadov M.V. və eyni təvəllüdlü Azadova F.V. yaşadıqları evdə qazdan boğularaq ölüblər.
Qonşular tərəfindən aşkarlanan ailənin başçısı, 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu isə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların “Ceyran peçi”nin dəm qazından zəhərləndikləri güman edilir.
Faktla bağlı araşdırma aparılır.