RU

Çin gələn ildən uçan avtomobillərin kütləvi istehsalına başlayacaq

Bakı. Trend:

Çin uçan avtomobillərin kütləvi istehsalına 2025-ci ildənbaşlamağı planlaşdırır.

Trend "Xinhua"yaistinadən xəbər verir ki, bu barədə "XPeng Motors" şirkətinin idarəheyətinin sədri He Syaopen məlumat verib.

Onun sözlərinə görə, Çinli elektrik avtomobil istehsalçısı2026-cı ilə qədər uçan avtomobillərin geniş istehsalına nail olmağıhədəfləyir.

İlk mərhələdə "Land Aircraft Carrier" (LAC) adlı model üçün uçanmodulun yaradılması nəzərdə tutulur. İl ərzində 10 min belə cihazınistehsalı planlaşdırılır.

LAC modeli 12-17 noyabr tarixlərində Çjuhay şəhərindəkeçiriləcək "Airshow China" sərgisində nümayiş etdiriləcək və ilkuçuşunu həyata keçirəcək.

Избранный
113
5
az.trend.az

10Источники