Bakı. Trend:
Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində50 qanunsuz miqrant saxlanılıb.
Trend-inməlumatına görə, miqrantlar Türkiyənin İzmir vilayətinin Çeşmə vəKaraburun rayonları sahillərinə yaxın bölgədə patrul aparan SahilMühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən ələ keçirilib.
İki rezin qayıqda aşkarlanan miqrantlardan 22-nin azyaşlı olduğumüəyyən edilib.
Onlar aidiyyəti qurumlara təhvil verilib.