RU

Suriya təhlükəsizlik qüvvələri PUSQUYA DÜŞDÜ

Suriyanın Latakiya əyalətində keçid hökumətinin təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb, ikisi yaralanıb. Onlar pusquya düşüblər.

 

Modern.az SANA agentliyinə istinadən xəbər verir ki, İctimai Təhlükəsizlik Departamentinin patrulu Əl-Haffa şəhəri yaxınlığında pusquya düşüb.

 

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.

Избранный
28
7
modern.az

8Источники