RU

Suriya təhlükəsizlik qüvvələri "Hizbullah"ı ölkədə sabitliyi pozmaqda ittiham edib

Suriyada sabitliyin pozulmasına görə məsuliyyət Livanın "Hizbullah" təşkilatının üzərinə düşür.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalına Suriyanın Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əl-Dik deyib.

""Hizbullah" [Aralıq dənizi] sahillərinin bəzi bölgələrində bəzi partiyalara dəstək verib. "Hizbullah" və xarici ölkələr Suriya sahillərinin bir neçə bölgəsində Əsədi dəstəkləyən bəzi partiyalara və qüvvələrin qalıqlarına dəstək verib", - deyə o bildirib.

O əlavə edib ki, təhlükəsizlik qüvvələri "bölgədə əvvəlki rejim dövründə yüksək vəzifə tutan beş nəfəri saxlayıb". Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndəsinin sözlərinə görə, hazırda vəziyyət 90 faiz nəzarət altındadır.

Избранный
20
7
bakivaxti.az

10Источники