RU

Hikmət Hacıyevdən yeni xatırlatma: Bakı onların “yolunu gözləyir”

Ermənistan Azərbaycan xalqı qarşısında cinayət törədən şəxsləri ölkəmizə verməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında bildirib. Hikmət Hacıyev qeyd edib ki, bu şəxslərin Azərbaycana təhvil verilməsi Ermənistanın sülhə həqiqətən də hazır olmasının real göstəricisi olacaq.

Hikmət Hacıyevin də açıqlamasından göründüyü kimi, rəsmi Bakı xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin qanun qarşısında cavab verməsində israrlıdır və bu məsələdə sadəcə Bakıda məhkəməsi keçirilən şəxslərlə kifayətlənmək niyyətində deyil. Çünki xalqımıza qarşı cinayət işlədən şəxslərin siyahısı kifayət qədər genişdir. Hazırda Bakıdakı məhkəmə prosesində bu şəxslərin yalnız bir hissəsi iştirak edir ki, bu da ədalətin tam, dolğun şəkildə bərpasında israrlı olan Azərbaycanı qane edə bilməz. Azərbaycan əli günahsız insanların qanına batan Köçəryan, Sərkisyan, Ohanyan və digərlərinin də məsuliyyətə cəlb edilməsində maraqlıdır ki, bu da ədalətlə yanaşı, həm də beynəlxalq hüququn tələbidir. Və istər 44 günlük Vətən müahribəsi, istərsə də post-müharibə dönəmində baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan gec-tez bu tələbini də təmin etdirəcək, bütün müqəssirlərin cəzalandırılmasına nail olacaq.  Azərbaycanın dəmir əli uzun illərdir ki, Ermənistanda gizlənərək qorunmağa çalışan bu şəxsləri tək-tək toplayacaq və onlar bu gün Bakı məhkəməsində boynubükük halda aqibətini gözləyən separatçıların taleyini yaşayacaqlar.

Bu gün isə Bakı vaxtiylə Azərbaycan xalqına qənim kəsilən şəxslərin yolunu gözləməkdədir: Hadisələri məntiqi sonluğuna çatdırmaq, ədaləti təmin etmək, günahsız qurbanların ruhuna təsəlli bəxş etmək üçün!

Seymur ƏLİYEV

 

Избранный
18
moderator.az

1Источники