RU

Ukrayna Fransadan 195 milyon avro dəyərində silah alacaq

Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecornu Fransadan Ukraynaya 195 milyon avro məbləğində hərbi yardımın köçürüldüyünü açıqlayıb. Müqavilə Rusiyanın dondurulmuş aktivlərindən faizlərin ödənilməsi hesabına maliyyələşdiriləcək.

Bu barədə Sebastien Lecornu La Tribune Dimanche-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, paketə Ukraynaya ötürülən Fransanın “Mirage 2000” qırıcılarının istifadə etdiyi 155 mm-lik artilleriya mərmiləri və AASM aviabombaları daxil olacaq.

Fransa, həmçinin əvvəllər fransız ordusunun istifadə etdiyi AMX-10RC yüngül tanklarının və VAB zirehli transportyorlarının transferini sürətləndirəcək.

Lekornu müsahibəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə və öz ordusuna dəstək vermək üçün Fransa hərbi texnika istehsalını artırmağı planlaşdırır.

Beləliklə, Dassault Aviation Rafale qırıcılarının istehsalını 2024-cü ildə ayda ikidən 2026-cı ildə dörd və ya beşə çatdıracaq.

Bundan əlavə, Fransa hökuməti MBDA tank əleyhinə raketlərin (Akeron MP) istehsalını 2025-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır. AASM təyyarə bombalarının istehsalı 2026-cı ilə qədər iki dəfə artacaq.

Bu məqsədlə hökumət müdafiə və hərbi sənaye sahələrində fəaliyyət göstərən Thales və EOS şirkətləri ilə tərəfdaşlıq əlaqələri quracaq.

Lecornu yaxın gələcək üçün əsas prioritetlər kimi sursat və elektron müharibənin istehsalını adlandırıb.

Fransa Müdafiə Nazirliyinin rəhbəri həmçinin pilotsuz təyyarələrin inkişafı, qoşunların robotlaşdırılması, süni intellektin və kosmik texnologiyaların inkişafının vacibliyini qeyd edib.

Əziz Mustafa, Oxuməni.az

Избранный
13
21
oxumeni.az

10Источники