RU

ABŞ-da Tesla vandalizmi artmaqdadır

Son bir neçə həftə ərzində ABŞ-da elektromobillərə və sahibkar İlon Maska məxsus Tesla-nın əmlakına qarşı ən azı on vandalizm hadisəsi qeydə alınıb, NBC xəbər verir.

“Elon Musk federal işçi qüvvəsini əhəmiyyətli dərəcədə ixtisar etməyə çalışdıqca və Amerika gücünün dəhlizləri ilə hərəkət etdikcə, elektrik avtomobil istehsalçısı Teslanın biznesləri sözün əsl mənasında atəş altındadır”, – nəşr yazır.

Qeyd olunur ki, Tesla dilerlərinə edilən hücumlar elektrik avtomobillərinin satışının azalması ilə eyni vaxta düşüb.

Eyni zamanda, Maskın siyasi fəaliyyətdə iştirakı onun şəxsi taleyinə təsir edə bilərdi.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Maskı müxtəlif qurumlarda işçilərini ixtisar edərkən “balta əvəzinə neştərdən” istifadə etməyə çağırıb.

DOĞRU.AZ

Избранный
28
dogru.az

1Источники