RU

Suriya hakimiyyəti ölkədə toqquşmalara görə Hizbullahı ittiham edib

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın Hizbullah Hərəkatını ittiham edib.

Demokratikmusavat.comAPA-ya istinadla xəbər verir ki, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında Hizbullahın dayandığını bəyan edib.

Qeyd edilib ki, Hizbullah və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Bəşər Əsədin devirməsindən sonra ən böyük silahlı qarşıdurma

Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.

Ölənlərin sayı 745 nəfərə çatıb

Ümumilikdə martın 6-dan indiyə qədər baş verən toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
18
8
Demokratikmusavat.com

9Источники